Rusiyada banka silahlı basqının görüntüləri yayılıb + Video

Rusiyada banka silahlı basqının görüntüləri yayılıb + Video

10 Dekabr 2019 16:18
113
Bəyəndim (1) Bəyənmədim (0)

Rusiyanın Naxodka şəhərində banka silahlı soyğunun görüntüləri yayılıb.

Bu barədə kadrları “PrimaMedia” yayımlayıb.

Bildirilir ki, soyğunçu əmanət bankına saat 9 radələrində - açılmazdan az əvvəl girib. Daha sonra silahını çıxararaq, əmanətxanaya aparılmasını tələb edib. Soyğunçu kredit təşkilatının 3 əməkdaşının yanında bir neçə bağlama pul alaraq çantasına doldurub və binanı tərk edib.

İlkin məlumatlara görə, kişi azı 6 milyon rubl (təqribən 160000 AZN) aparıb. Hələ ki, onun izini tapmaq mümkün olmayıb.

Bunula bağlı olaraq hüquq-mühafizə orqanları şəhərdə əməliyyata başlayıblar. Yerli sakinlərdən biri “RİA Novost”yə bildirib ki, polislər şəhərdən çıxan bütün avtomobilləri yoxlayırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az