Bayram ərəfəsində cəbhə xəttində gərginlik artır

Bayram ərəfəsində cəbhə xəttində gərginlik artır

16 Mart 2012 09:57
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan ordusunun bölmələri martın 15-də saat 13.45-dən 13.50-dək, 14.50-dən 14.55-dək, 21.20-dən 21.25-dək və 22.55-dən 23.10-dək Ermənistan Respublikasının İcevan rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ayqovit və Berkaber kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Balacəfərli və Qızılhacılı kəndlərində yerləşən mövqelərimizi, saat 16.20-dən 16.35-dək Ermənistan Respublikasının Krasnoselski rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, saat 16.55-dən 17.05-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, saat 18.15-dən 18.35-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 20.00-dan 22.10-dək, 21.00-dan 21.15-dək, 22.20-dən 22.40-dək və martın 16-da 02.50-dən 03.00-dək Tərtər rayonunun Çiləbürt, Qızıloba və Çaylı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 00.20-dən 00.30-dək isə Füzuli rayonunun Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat, pulemyotlardan atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.