Odessada kollecdə ölənlərin sayı artdı

Odessada kollecdə ölənlərin sayı artdı

6 Dekabr 2019 15:53
50
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynanın Odessa şəhərindəki İqtisadiyyat, hüquq və mehmanxana-restoran biznesi kollecində baş vermiş yanğından sonra uçqun nəticəsində ölənlərin sayı artıb.

Oxumeni.az xəbər verir ki, bu barədə Ukrayna Milli Polisinin Facebook səhifəsində yazılıb. Bildirilir ki, daha bir qadının cəsədi dağıntılar altından çıxarılıb. 13 nəfərin isə axtarışları davam etdirilir.

Xatırladaq ki, dekabrın 4-də kollecdə baş vermiş yanğın tavanın uçmasına səbəb olub. Nəticədə 1 nəfər ölmüş, 29 nəfər xəsarət almışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az