İsmayıllı Rayon Polis Şöbəsinin inzibati binası sökülür

İsmayıllı Rayon Polis Şöbəsinin inzibati binası sökülür

15 Mart 2012 12:37
Bəyəndim (0) Bəyənmədim (0)

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Göyçay, Ağdaş, Yevlax, Mingəçevir və İsmayıllı rayon polis şöbələrinin müvəqqəti saxlanma təcridxanalarında monitorinq keçirib. E. Behbudovun jurnalistlərə verdiyi məlumata görə, monitorinq zamanı ciddi bir nöqsan qeydə alınmayıb: "Biz hər hansı qanun pozuntusu qeydə almadıq. Lakin bəzi xırda nöqsanlar var. Monitorinqlərin nəticələri barəsində daxili işlər naziri Ramil Usubova məlumat verəcəyəm".

E.Behbudov bu gün İsmayıllı Rayon Polis Şöbəsinin inzibati binasının sökülməsinə başlanacağını deyib: "Həmin polis şöbəsinin yerində yeni və müasir standartlara cavab verən binanın tikintisi üçün köhnə bina sökülür. Polis Şöbəsi isə müvəqqəti olaraq rayon ərazisindəki inzibati binalardan birində yerləşdiriləcək".

O.M.