Perl-Harbor bazasında atışmanın təfərrüatı + Video

Perl-Harbor bazasında atışmanın təfərrüatı + Video

5 Dekabr 2019 12:03
Bəyəndim (1) Bəyənmədim (0)

ABŞ-ın Perl-Harbor bazasında atışma nəticəsində üç nəfər xəsarət alıb. Atəşi hərbçilərdən biri açıb.

Bu barədə komandanlıq özünün “Twitter” səhifəsində məlumat yayıb.

Bildirilir ki, hərbi dənizçi üç mülki işçini yaralayıb, sonra isə özünü güllələyib. Yaralılardan ikisini xilas etmək mümkün olmayıb, üçüncüsü - 36 yaşlı mülki şəxs xəstəxanadadır, vəziyyəti sabit qiymətləndirilir.

Hadisənin səbəbi açıqlanmır. Araşdırmalara başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)