Siqaret çəkmək üçün 700 illik qalanı yandırdılar

Siqaret çəkmək üçün 700 illik qalanı yandırdılar

14 Mart 2012 16:33
Bəyəndim (0) Bəyənmədim (0)

Slovakiyada XIV yüz illikdən qalma bir qala həyatlarında ilk dəfə siqaret çəkmək istəyən iki uşağa görə kül oldu.

Polislər 11-12 yaşlı uşaqların gizlicə qalaya daxil olduqlarını və siqaret çəkmək üçün kirbit yandırdıqlarını söylədi. Daha sonra bu kirbit quru otun üzərinə düşmüş, nəticədə bu faciəli olay yaşanmışdı. Xatırladaq ki, olay yerinə 80 nəfərlik yanğınsöndürən komandası cəlb edilib. Düzdür, qalanın içindəki tarixi əsərlər qurtarılıb, ancaq əsrlərdir öz möhtəşəmliyini qoruyub saxlayan binanın bir çox hissəsi külə dönüb.

Onu da qeyd edək ki, qalada 2010-2011-ci illərdə bərpa işləri aparılmış, apreldə ziyarətçilıərin ixtiyarına verilmişdi.

Günel Həbib