Fransanın cənubunda daşqınlar davam edir + Video

Fransanın cənubunda daşqınlar davam edir + Video

2 Dekabr 2019 15:15
Bəyəndim (1) Bəyənmədim (0)

Oxumeni.az evronews-a istinadən xəbər verir ki, son 10 gün ərzində güclü leysan yağışları nəticəsində Fransanın cənubunda beş nəfər həlak olub.

Helikopterlə zərərçəkənlərin köməyinə uçan daha üç xilasedici qəzaya uğrayıb. Bunu Daxili İşlər Nazirliyi də təsdiq edib. Həlak olanların ailələrinə başsağlığı verən Fransa prezidenti Emmanuel Makron xilasedicilərin "hədsiz cəsarətini" salamladı.

Frejus və Saint-Paul-en-Fore şəhərləri daha çox zərər görüb. Burada bütün təhsil müəssisələri bağlanıb. Xilasedicilər 100-dən çox insanı evakuasiya etmək məcburiyyətində qalıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)