Rusiyada avtobus çaya aşdı - 18 ölü, 23 yaralı + Video

Rusiyada avtobus çaya aşdı - 18 ölü, 23 yaralı + Video

1 Dekabr 10:00
163
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Zabaykal diyarında sərnişin avtobusunun körpüdən çaya aşması nəticəsində 18 nəfər dünyasını dəyişib, 23 nəfər yaralanıb. Oxumeni.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, yol-nəqliyyat hadisəsi bazar günü Moqoytuy-Sretinsk-Oloçi avtomobil yolunun 60-cı kilometrliyində qeydə alınıb.

Sretinsk-Çita marşrutu üzrə hərəkə edən avtobus sürücüsü 43 sərnişin daşıyırmış. Qəza nəqliyyat vasitəsinin ön təkərinin partlaması nəticəsində baş verib.

Hadisə yerinə xilasetmə qüvvələri, eləcə də iki ədəd “Mi-8” helikopteri cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)