Bibiheybət yolunda baş vermiş sürüşmə ilə əlaqədar əraziyə baxış keçirilib

Bibiheybət yolunda baş vermiş sürüşmə ilə əlaqədar əraziyə baxış keçirilib

30 Noyabr 2019 23:42
Bəyəndim (1) Bəyənmədim (0)

Noyabrın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Respublikasının Baş Naziri Əli Əsədovun rəhbərliyi ilə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və nazirliyin aidiyyəti vəzifəli şəxsləri, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov və Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli noyabrın 25-də Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “Bibiheybət” məscidinin yaxınlığında baş vermiş torpaq sürüşməsi ilə əlaqədar hadisə yerində olublar.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Oxumeni.az-a bildiriblər ki, əraziyə baxış keçirildikdən sonra mütəxəssislərin də iştirakı ilə operativ müşavirə keçirilib, sürüşmənin mümkün səbəbləri, mövcud vəziyyət müzakirə edilib. Məsələ ilə bağlı hərtərəfli araşdırmanın aparılması, sürüşmənin nəticələrinin qısa müddətdə aradan qaldırılması və digər zəruri tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara müvafiq göstərişlər verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Oxumeni.az