Masazırda yeni sürüşmə zonası aktivləşdi

Masazırda yeni sürüşmə zonası aktivləşdi

14 Mart 2012 11:36
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının baş mühəndisi Şaiq Niftiyevin verdiyi məlumata görə, Masazır qəsəbəsi, Natiq Əsədov küçəsi, 4 nömrəli ünvanda da sürüşmə sahəsi yaranıb. İndiyədək heç vaxt Masazır ərazisində sürüşmə prosesi müşahidə olunmayıb. Sürüşmənin yaranmasının səbəbi həm yerüstü sular, həm də texnogen mənbəli qrunt sularıdır: "Sürüşmə sahəsində aktivlik var. Yamacda sürüşmənin yaranmasına səbəb olan suyun hələ də üzə çıxması müşahidə olunur. Nəticədə, sürüşmə ən yaxın evə 8-10 metr məsafədə yaxınlaşıb. Bu, birmərtəbəli fərdi yaşayış evidir. Hazırda sürüşmənin inkişafı nəzarətdə saxlanılır. Yəqin ki, sürüşmənin verə biləcəyi fəsadlar ciddiləşərsə, təcili olaraq aidiyyatı qurumlara məlumat veriləcək. Ötən ilin dekabrında sürüşmənin müəyyən əlamətləri müşahidə olundu, sonra bir az stabillik yarandı. Fevral ayından etibarən isə biz bu ərazidə lokal, amma aktiv sürüşmə müşahidə edirik. Həftə ərzində 3-4 dəfə ərazidə müşahidələr aparılır ki, sürüşmə kəskinləşən anda xəbərdarlıq eləyə bilək".

O.M.