Cəbhə xəttində silahlar susmaq bilmədi

Cəbhə xəttində silahlar susmaq bilmədi

14 Mart 2012 10:08
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan ordusunun bölmələri martın 13-də saat 13.00-dan 13.15-dək Ermənistan Respublikasının Berd rayonunun Qarasu kəndində yerləşən mövqelərdən Azərbaycanın Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərini, saat 21.50-dən 22.00-dək Tərtər rayonunun Qızıloba kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 22.50-dən 22.52-dək, 22.55-dən 23.00-dək, 22.50-dən 23.09-dək və martın 14-də saat 03.15-dən 03.20-dək Füzuli rayonunun Horadiz, Aşağı Seyidəhmədli və Qaraxanbəyli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 03.35-dən 03.40-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.