"GEN" MMC tikinti şirkətindən zərər çəkmiş şəxslər xonçalı aksiya keçirdilər

"GEN" MMC tikinti şirkətindən zərər çəkmiş şəxslər xonçalı aksiya keçirdilər

13 Mart 2012 16:08
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün "GEN" MMC tikinti şirkətindən zərər çəkmiş şəxslər növbəti dəfə Prezident Administrasiyasının (PA) binası qarşısında razılaşdırılmamış aksiya keçiriblər. Aksiyada 50-yə qədər vətəndaş iştirak edib. Onlar ilaxır çərşənbə günü ilə əlaqədar aksiyaya milli şirniyyatlarla bəzədilən xonça ilə gəliblər. Müxtəlif şüarlar səsləndirən piket iştirakçıları, dəyən ziyanın müqabilində mənzillə təmin olunmalarını tələb ediblər. Aksiya iştirakçıları tələbləri yerinə yetirilənə qədər hər həftənin ikinci günü saat 15.00-da aksiya keçirəcəklərini də açıqlayıblar. PA-dan aksiya iştirakçılarını qəbul edən olmayıb. Polis əməkdaşları onları ərazidən uzaqlaşdırıb.

O.M.