Fişəng fabrikində partlayış - 4 ölü, 2 yaralı + Video

Fişəng fabrikində partlayış - 4 ölü, 2 yaralı + Video

21 Noyabr 2019 10:08
Bəyəndim (0) Bəyənmədim (0)

İtaliyanın Siciliya adasında pirotexnika anbarında baş vermiş partlayış nəticəsində dörd nəfər ölüb, iki nəfər yaralanıb. Oxumeni.az-ın məlumatına görə, bu barədə “La Republica” qəzeti xəbər verib.

İnsident Messina əyalətinin Barçellona-Potstso-di-Qotto yaşayış məntəqəsində baş verib. Anbar fişəng istehsalı ilə məşğul olan özəl şirkətə məxsusdur.

Ölənlər arasında şirkət sahibinin arvadı, yaralılar arasında isə onun oğlunun olduğu qeyd edilir. Daha bir nəfər itkin düşüb.

Hadisənin təfərrüatları aydınlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)