Suriyada partlayış - 10 ölü, 30 yaralı

Suriyada partlayış - 10 ölü, 30 yaralı

16 Noyabr 21:34
107
Bəyəndim (1) Bəyənmədim (0)

Suriyanın şimalında Əl-Bab rayonunda terror aktı nəticəsində azı 10 nəfər ölüb, 30 nəfər yaralanıb. Oxumeni.az-ın məlumatına görə, bu barədə “Anadolu” agentliyi xəbər verib.

Mənbənin yazdığına görə, avtomobil dayanacaqlarının birində içində partlayıcı maddə quraşdırılmış maşın partlayıb. Partlayış avtomobillərə və yaxınlıqdakı binalara zərər vurub. Ölən və yaralananların sayının artması istisna olunmur.

Hadisə yerində yerli təhlükəsizlik xidmətlərinin əməkdaşları çalışır.

Partlayışa görə cavabdehliyi heç bir terror qruplaşması öz üzərinə götürməyib.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)