Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Prezident Administrasiyasında qəbul edildilər

Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri Prezident Administrasiyasında qəbul edildilər

9 Mart 2012 19:10
Bəyəndim (0) Bəyənmədim (0)

Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlunun məlumatına görə, bu gün qrupun üzvləri Prezident Administrasiyasında (PA) olublar: "Prezident Administrasiyasında insan hüquq və azadlıqları, həmçinin mülkiyyət hüququ ilə bağlı danışıqlar oldu. İctimai Palatanın ötən ilin aprel ayında keçirdiyi aksiyalar zamanı saxlanılan şəxslərin azadlığa buraxılması əsas mövzulardan biri idi".

O.M.