Polis canlı yayımda etirazçını güllələdi – VİDEO

Polis canlı yayımda etirazçını güllələdi – VİDEO

11 Noyabr 20:13
169
Bəyəndim (0) Bəyənmədim (0)

Honkonqda baş tutan etiraz aksiyasında polis nümayişçiyə atəş açıb. Hadisə anı “Facebook”da canlı yayımlanıb.

Oxumeni.az xəbər verir ki, görüntülərdə polisin ona qarşı çıxan nümayişçiyə iki dəfə atəş açması əks olunub.

Məlumata görə, yaralı şəxs xəstəxanaya aparılıb və hazırda vəziyyəti ağırdır.

Bu, aylardır davam edən etiraz aksiyalarından polisin etirazçılara atəş açdığı üçüncü hadisədir.

Honkonqda etirazlar cinayət törədən şəxslərin Çinə ekstradisiyasını nəzərdə tutan qanun layihəsinin müzakirəsi səbəbindən bu ilin iyununda başlayıb.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)