Polis Parisdə miqrantları qeyri-qanuni düşərgələrdən çıxarır - Video

Polis Parisdə miqrantları qeyri-qanuni düşərgələrdən çıxarır - Video

7 Noyabr 14:32
179
Bəyəndim (0) Bəyənmədim (0)

600-ə yaxın polis məmuru Parisin şimal-şərqində və Sen-Deninin ətrafında qeyri-leqal yaradılmış iki düşərgədən miqrantları çıxarırlar. Oxumeni.az evronews-a istinadən xəbər verir ki, 1200 nəfərə qədər əhalinin köçürülməsi nəzərdə tutulur. Onların əksəriyyəti Somali, Əfqanıstan və Çaddan olanlardır.

Artıq bir neçə yüz miqrantları qaçqın qəbulu mərkəzlərinə və müvəqqəti məskunlaşacaqları gimnaziyaya aparıblar.

Bir müddət əvvəl Fransa DİN rəhbəri Kristof Kastaner bildirib ki, hakimiyyət qanunsuz düşərgələrlə bağlı məsələni ilin sonuna qədər həll etmək niyyətindədir.