Bakıda şaxtalı hava şəraiti davam edəcək

Bakıda şaxtalı hava şəraiti davam edəcək

9 Mart 2012 12:37
Bəyəndim (0) Bəyənmədim (0)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, gün ərzində arabir güclənən şimal küləyi əsəcək. Havanın temperaturunun gündüz 1-4 dərəcə isti, axşam 0-1 dərəcə şaxta olacağı gözlənilir.

Martın 11-də fasilələrlə yağıntı olacaq, sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında martın 10-da arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 7-12, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturu 13-18 dərəcə şaxta təşkil edəcək.
Martın 11-də bölgələrdə havanın fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 8-13, gündüz 0-5 dərəcə şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 13-18 dərəcə şaxta olacağı gözlənilir.

O.M.