İraqda etirazçılar ölkənin əsas dəniz limanına nəzarəti ələ keçirdilər - Video

İraqda etirazçılar ölkənin əsas dəniz limanına nəzarəti ələ keçirdilər - Video

6 Noyabr 2019 17:14
Bəyəndim (0) Bəyənmədim (0)

İraqda nümayişçilərin polis və hərbçilərlə şiddətli toqquşmaları ölkənin əsas dəniz limanına - Um Qasra çatıb.

Oxumeni.az xəbər verir ki, əvvəlcə etirazçılar limana aparan bütün yolları bağlayıblar, sonra nəzarətə götürüblər.

Qeyd edək ki, Baş nazirin mitinqi dayandırmaq çağırışlarına və istefa vədinə baxmayaraq, iğtişaşlar sakitləşmir.

Xatırladaq ki, 1 oktyabrdan İraqda kütləvi xalq etirazları keçirilir. Etirazlar zamanı yüzlərlə insan öldürülüb.

Nümayişlərə səbəb həyat şəraitinin yaxşılaşdırılması, işsizliyə və korrupsiyaya son qoyulması, hökumətin istefası tələbləridir.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)