İraq hökuməti interneti bağladı

İraq hökuməti interneti bağladı

5 Noyabr 2019 11:02
Bəyəndim (0) Bəyənmədim (0)

İraqda artan iğtişaşlar fonunda internet bağlanıb.

Oxumeni.az xəbər verir ki, NetBlocks beynəlxalq qeyri-hökumət təşkilatının məlumatına əsasən, Bağdad, Bəsrə, Kərbəla və digər şəhərlərdən olan on milyonlarla istifadəçi şəbəkədən istifadə edə bilmir.

Qeyd olunur ki, internet şəbəkəsi İraqın şimalındakı yaşayış məntəqələrində bağlanmayıb.

Xatırladaq ki, 1 oktyabrdan İraqda kütləvi xalq etirazları keçirilir. Etirazlar zamanı 250-dən çox insan öldürülüb.

Nümayişlərə səbəb həyat şəraitinin yaxşılaşdırılması, işsizliyə və korrupsiyaya son qoyulması, hökumətin istefası tələbləridir.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)