Boliviya Prezidentinin olduğu helikopter təcili eniş etdi - Video

Boliviya Prezidentinin olduğu helikopter təcili eniş etdi - Video

5 Noyabr 2019 10:17
Bəyəndim (0) Bəyənmədim (0)

Boliviyada ölkə prezidentinin olduğu helikopter təcili eniş edib. Oxumeni.az-ın “RİA Novosti”yə istinadən məlumatına görə, insident noyabrın 4-də Bakı vaxtı ilə saat 20:45-də baş verib.

EC-145 helikopteri Kolkiri – Oruro marşrutu üzrə hərəkət edirmiş. Uçuş zamanı hava gəmisinin vinti sıradan çıxıb. Bu səbəbdən pilot təcili eniş etmək qərarına gəlib.

İnsident zamanı heç kim xəsarət almayıb. Ölkənin hərbi-hava qüvvələri bu hadisənin istintaqına başlayıb.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)