VİDEO-İstanbulda çılpaq qadınlar məscidin qarşısına çıxdılar

VİDEO-İstanbulda çılpaq qadınlar məscidin qarşısına çıxdılar

8 Mart 2012 21:04
Bəyəndim (0) Bəyənmədim (0)
Femenistlər Cənubi Asiya dövlətlərinin rəhbərlərindən tələb edirlər ki, onlar qadınlara qarşı apardıqları soyqırımı siyasətini etiraf etsinlər

Bu gün yerli vaxtla saat 12:00 radələrində gözlənilmədən Femen qrupunun 4 fəalı İstanbulun mərkəzi Ayasofya camisinin qarşısına çıxdı. Qızların əllərində "H2SO4 - qorxu formulu ", "Vəhşilərə ölüm!", "Dayan, kimyəvi turşu hücumu" kimi radikal şüarlar yazılı plakatlar var idi. Femenistlər Yaxın Şərq ölkələrində adət-ənənələrə qarşı çıxan qadınların sifətlərinin kimyəvi turşularla yandırılmasına etiraz edirdilər. Rəmzi olaraq, aksiya iştirakçıları tanınmaz halda qrimlənmişdilər, yəni işgəncə görmüş qadınları simvolizə edirdilər. Mitinq çox çəkmədən polis tərəfindən dağıdıldı. Daha sonra ətrafdakılar Ukrayna dilində "Тупий роздягається жінка (Səfeh qadın soyunması)" yazılmış plakatı qaldırdılar.

Ukraynanın Femen təşkilatının bloqunda etiraz aksiyasının səbəbi barədə yazılıb: "Aksiyanın məqsədi diqqəti "Asiya kokteyli"nə yönəltməkdir. Hər gün müsəlman ölkələrində qadınlar işgəncələrə məruz qalırlar. Gözləri çıxarılır, sifətləri tanınmaz hala salınır, daşa basılır, bıçaqlanır və digər əzablara düçar olurlar. Sadə bir tanışlıq, ərə getmək istəməmək, dünyavi təhsil almağa çalışmaq və sair gülünc səbəblərə görə minlərlə günahsız qadın həyatı və ya xoşbəxtliyi ilə həmişəlik vidalaşmalı olur". Femenistlər Cənubi Asiya dövlətlərinin rəhbərlərindən tələb edirlər ki, onlar qadınlara qarşı apardıqları soyqırımı siyasətini etiraf etsinlər və bu kimi neqativ halları ictimaiyyətin diqqətinə çatdıraraq cinayətkarları cəzalandırsınlar.

Xatırladaq ki, hazırda Femen hərəkatının 4 fəalı polis idarəsindədir və onlarla əlaqə yaratmaq mümkün olmayıb.

Soyunmaq qadın haqlarının təntənəsidirsə, dişi heyvanlar ən azad qadın sayıla bilərlər...

Aqil Hüseynov

O.M.