VİDEO-B.Obamanın dayəsi transseksual imiş

VİDEO-B.Obamanın dayəsi transseksual imiş

8 Mart 2012 18:29
Bəyəndim (0) Bəyənmədim (0)
İvi adlı kişi-qadın artıq səfalət içərisində yaşayır

İndoneziyanın paytaxtında uçuq-sökük bir məhəllədə maraqlı taleyi olan kasıb bir kişi qalır. Kişidən çox qadına bənzəyən bu insan səfalət içərisində yaşasa da, bir zamanlar Barak Obamanın dayəsi olub.

İvinin jurnalistlərə verdiyi açıqlamaya görə, 1969-cu ildə Cakartada təşkil olunmuş məclislərin birinə Barakın anası da gəlmişdi. O zamanlar gənc olan İvi (əsl adı Turdidir) mətbəxdə aşpazlıq edirdi. Daha doğrusu, qonaqlar üçün bifşteks və plov hazırlayırdı. Yeməkdən dadan Obamanın anası aşpazın əl qabiliyyətini çox bəyəndi və ona iş təklifi etdi. İvi, yəni Turdi 8 yaşlı Barakın dayəsi və aşpazı kimi fəaliyyətə başladı. Ailədə heç kim bilmirdi ki, Turdi transseksualdır və işdən sonra qadın paltarı geyinərək, İvi adı ilə fahişəlik edir. Bu sirri Obama ailəsində sona qədər bilən olmadı.

Hazırda İvi camaşırxanada xadimə işləyir. Çörəkpulunu güclə qazansa da, ötən illəri həsrətlə xatırlayır: "Mən fəxr edirəm ki, yemək verdiyim, dərsə apardığım Barak Obama indi dahi bir şəxsiyyətdir. O, bilmirdi ki, mən transgenderəm. Çünki mən onun yanında qadın paltarları geyinmirdim, kişilərlə danışmırdım".

Xatırladaq ki, ən çox müsəlman əhaliyə malik olan İndoneziyada cinsi azlıqlar təqib olunur. Odur ki, Turdi də qadın adından və köhnə peşəsindən imtina edərək həyatını kişi kimi davam etdirməyə çalışır.

Barak Obamanın dayəsi həyatda çox şey görüb, onu daha heç nə ilə təəccübləndirmək olmaz...

Aqil Hüseynov

O.M.