Beyrutda nümayişçilər ümumi tətil keçirmək niyyətindədirlər

Beyrutda nümayişçilər ümumi tətil keçirmək niyyətindədirlər

4 Noyabr 2019 09:57
Bəyəndim (0) Bəyənmədim (0)

Beyrutun mərkəzində fəallar noyabrın 4-ü ölkədə ümumi tətil keçirməyə çağırıblar.

Oxumeni.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, nümayişçilər həmçinin yenidən bütün yolları bağlamaq, məktəb və universitetlər də daxil olmaqla müəssisələrin işinə mane olmaq niyyətindədirlər.

Xatırladaq ki, noyabrın 3-də Beyrutda, oktyabrın 29-da hökumətin istefasından sonra ilk dəfə hökumət əleyhinə dinc nümayişlər keçirilib.

Qeyd edək ki, oktyabrın 29-da Livanın Baş naziri Saad Hariri televiziya müraciətində rəsmi şəkildə istefa etdiyini açıqlayıb. S.Haririnin istefasından sonra Beyrutun mərkəzində bir neçə gün səssizlik hökm sürüb. Bazar günü fəallar sosial şəbəkələr vasitəsilə vətəndaşları yenidən ölkənin bütün böyük şəhərlərində küçələrə çıxmağa çağırıblar.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)