FHN: Xırdalanda və Binə ticarət mərkəzində yığılan yağış suyu çəkilir

FHN: Xırdalanda və Binə ticarət mərkəzində yığılan yağış suyu çəkilir

2 Noyabr 2019 18:42
Bəyəndim (0) Bəyənmədim (0)

Xırdalanda və Binə ticarət mərkəzində yığılan yağış suyu çəkilir.

Bu barədə Oxumeni.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

FHN bildirir ki, “112” qaynar telefon xəttinə daxil olan məlumatlar əsasında, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və vasitələri Abşeron rayonunun Xırdalan şəhərində və Bakı şəhərinin Qaradağ rayonunda yerləşən Binə ticarət mərkəzinin ərazisində yığılan yağış suyunun çəkilməsi işlərini davam etdirirlər.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)