Binəqədi və Xətaidə həyətləri su basıb - 3 nəfər xilas edilib

Binəqədi və Xətaidə həyətləri su basıb - 3 nəfər xilas edilib

1 Noyabr 18:44
75
Bəyəndim (0) Bəyənmədim (0)

Paytaxtda gün ərzində yağan yağış nəticəsində Binəqədi və Xətai rayonlarında yaşayış evlərinin həyətlərini su basıb.

Nazirliyin “112” qaynar telefon xəttinə, Bakı şəhərinin Binəqədi və Xətai rayonlarında yağan yağışlar nəticəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrinin yağış suları ilə dolması və 3 nəfərin köməksiz vəziyyətdə qalması ilə bağlı müraciət daxil olub.

Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)