Bu gün yol polisi protokol əvəzinə gül verir

Bu gün yol polisi protokol əvəzinə gül verir

8 Mart 2012 13:57
Bəyəndim (0) Bəyənmədim (0)

Xəbər verdiyimiz kimi, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə paytaxtda qadın sürücülərə bayram sürprizi hazırlandığını bildirib. Qadın sürücülərə ediləcək hədiyyənin sürpriz olduğunu qeyd edən Vaqif Əsədov bu sürprizin 8 mart günü açıqlanacağını deyib və bütün KİV nümayəndələrini bu tədbirə dəvət edib. "Bir daha Azərbaycan qadınlarını təbrik edir, bütün qızlarımıza gəlin, gəlinlərimizə ana, analarımıza isə nənə olmağı arzulayıram", deyə V.Əsədov səmimi arzularını dilə gətirib.

Bu gün nəhayət ki, sürpriz açıqlandı. Məlum oldu ki, yol-hərəkəti qaydalarını pozan qadın sürücülər Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılarkən barələrində protokol tərtib olunmur. Əksinə, həmin sürücülərə DYP əməkdaşları tərəfindən gül verilir.

O.M.