Yanğın qədim yapon qalasını məhv etdi - VİDEO

Yanğın qədim yapon qalasını məhv etdi - VİDEO

31 Oktyabr 2019 11:57
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyanın cənubunda yanğın nəticəsində qədim Süri qəsri tamamilə məhv olub.

Oxumeni.az xəbər verir ki, yanğın gecə saatlarında Okinava adasında baş verib.

Burada 20-dən artıq yanğın söndürən heyət alovla mübarizə aparıb, lakin qədim qala külə dönüb.

Yerli polis hadisənin səbəblərini araşdırır.

Süri qəsri XIV əsrdə tikilib. 2000-ci ildə o YUNESKO-nun Ümumdünya irsi siyahısına salınıb.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)