SON DƏQİQƏ: Bakıda gəmidə partlayış - 3 neftçi xəsarət aldı

SON DƏQİQƏ: Bakıda gəmidə partlayış - 3 neftçi xəsarət aldı

29 Oktyabr 17:24
62
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan neft şirkətinə məxsus gəmidə yanğın baş verib.

Hadisə nəticəsində 3 nəfər ağır xəsarət alıb. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərildikdən sonra Mərkəzi Nefçilər xəstəxanasına göndəriliblər.

Yaralılar bunlardır:
1983-ci il təvəllüdlü Azər Vəliyev,
1992-ci il təvəllüdlü Böyükağa Xəlilov,
1989-cu il təvəllüdlü Paşayev Bəhruz


SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov açıqlamasında hadisəni təsdiqləyib. Bildirib ki, hadisə nəticəsində SOCAR-ın 3 əməkdaşı xəsarət alıb və gəmi isə başqa şirkətə məxsus olub.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)