Rusiyada mikroavtobuslar toqquşdu - 8 ölü, 7 yaralı

Rusiyada mikroavtobuslar toqquşdu - 8 ölü, 7 yaralı

26 Oktyabr 2019 15:18
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Altay diyarında iki mikroavtobusun toqquşması nəticəsində 8 nəfər həlak olub.

Oxumeni.az-ın “REN TV”yə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində daha 7 nəfər xəsarət alıb.

Qeyd olunur ki, hər iki nəqliyyat vasitəsində ümumilikdə 15 nəfər olub.

Hazırda qəzanın detalları araşdırılır.

Hadisə yerində xilasedicilər çalışır.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)