Yaponiyanın Kanaqava və Çiba prefekturalarında aramsız yağışlara görə təxliyə xəbərdarlığı elan edilib

Yaponiyanın Kanaqava və Çiba prefekturalarında aramsız yağışlara görə təxliyə xəbərdarlığı elan edilib

25 Oktyabr 2019 15:44
Bəyəndim (0) Bəyənmədim (0)

Yaponiyanın Kanaqava və Çiba prefekturalarında aramsız yağışlara görə təxliyə xəbərdarlığı elan edilib.

Oxumeni.az Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, oktyabrın 12-də “Hagibis” tufanının böyük ziyan vurduğu həmin prefekturalarda yenidən daşqınlar və torpaq sürüşmələri gözlənilir.

Qeyd edilir ki, Saqamihara şəhərinin müxtəlif hissələrində yaşayan 51 min 800 sakinə təhlükəsiz yerlərə təxliyə olunmaq tövsiyə olunub.

Bununla yanaşı, “Hagibis” tufanının böyük ziyan vurduğu Çiba prefekturasının Kamaqava, Minamiboşo, İçihara, Oçaqi və Kyonan şəhərlərində də təxliyə barədə xəbərdarlıq yayılıb.

Xəbərdarlığa əsasən, təhlükə 5 ballıq cədvəl üzrə 4-cü səviyyədə müəyyən edilib. Yerli hakimiyyət orqanları sakinlərə göstərilən rayonları tezliklə tərk etməyi tövsiyə edirlər.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)