Təhsil Nazirliyi cəzalandırdı

Təhsil Nazirliyi cəzalandırdı

22 Aprel 2011 11:02
Bəyəndim (0) Bəyənmədim (0)

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə cari ilin martında 1707 müraciət daxil olub. Müraciətlərin 1575-i telefonla, 132-si elektron poçt vasitəsi ilə qəbul edilib.


Ümumtəhsil məktəbləri ilə bağlı müraciətlər əsasən tədris prosesinin təşkili, dərs yükü, müəllimlərin şagirdlərə münasibətdə yol verdikləri nöqsanlar və bayramlarda hədiyyələrin alınması ilə əlaqədar narazılıqlardan ibarət olub.


Gələn məlumatlar əsasında iki ümumtəhsil məktəbinin müəllimi haqqında inzibati cəza tədbiri həyata keçirilib.


Təhsil Nazirliyinin məlumatında mart ayında "Qaynar xətt" xidmətinə daxil olan müraciətlərin 91,5 faizinin müsbət cavablandırıldığı və qaldırılmış məsələlərin müvafiq qaydada həllini tapdığı qeyd olunub.


Nədənsə oxumaq kəlməsini müəllimlərimiz qiymət oxumaq kimi başa düşürlər...


Elvin Babayev


O.M.