Rusiyada “Volkswagen” səkidəki 7 piyadanı vurdu + VİDEO

Rusiyada “Volkswagen” səkidəki 7 piyadanı vurdu + VİDEO

24 Oktyabr 2019 12:24
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın Sankt-Peterburq şəhərində minik avtomobili səkidə olan 7 piyadanı əzib.

“Volkswagen Polo” markalı avtomobil Lermontov prospektində öncə “Renault”la toqquşub. Daha sonra səkiyə çıxaraq insanların üzərinə sürüb.

Məlumata görə, hadisə nəticəsində sürücü də daxil olmaqla 7 piyada xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)