Bir cənub ştatı yenə də alovlandı + VİDEO

Bir cənub ştatı yenə də alovlandı + VİDEO

23 Oktyabr 2019 13:53
Bəyəndim (0) Bəyənmədim (0)

Güclü yanğınlar burada keçən il də baş vermişdi. Həmin yanğınlar zamanı 80 nəfər ölmüş, mindən çox insan itkin düşmüşdü.

Kaliforniya ştatının cənub rayonları Santa Monika və Malibu meşələri yenə yanır. Oxumeni.az xarici mətbuata istinadla xəbər verir ki, dağlıq ərazilərdəki yanğınla mübarizə aparmaq çətindir. Yamaclar alov içərisindədir. Yaşayış binalarını qorumaq üçün davamlı olaraq vertolyotlardan su alınır. İnsanlar bir çox yerlərdən təxliyə ediləcək.

Mütəxəssislərin fikrincə, bu, Kaliforniya üçün yeganə problem deyil. Belə ki, ştatın cənubunda 500 il yuxuya getmiş tektonik qırılma hərəkətə gəlib. Bu isə 8 bal gücündə zəlzələlərə səbəb ola bilər.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)