Kiyevin mərkəzində partlayış oldu, ölənlər var - Video

Kiyevin mərkəzində partlayış oldu, ölənlər var - Video

23 Oktyabr 2019 11:04
Bəyəndim (0) Bəyənmədim (0)

Kiyevin mərkəzində qumbara partlayıb.

Oxumeni.az “TASS”a istinadən xəbər verir ki, Puşkin küçəsində baş vermiş hadisə nəticəsində 2 nəfər ölüb, 1 nəfər qadın isə yaralanıb. Hadisəyə küçədəki barların birinin yaxınlığında söhbət edən 2 nəfər kişinin əlindəki qumbaranın ehtiyatsız davranış nəticəsində partlaması səbəb olub.

Polis hadisə yerindədir. Araşdırma aparılır.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)