Honq-Konq meri məscidə olanlara görə üzr istəyib + VIDEO

Honq-Konq meri məscidə olanlara görə üzr istəyib + VIDEO

22 Oktyabr 2019 14:01
Bəyəndim (0) Bəyənmədim (0)

Oxumeni.az xəbər verir ki, Honq Konq lideri Kerri Lam icazəsiz nümayişə müdaxilə zamanı məscidə qarşı boyalı su toplarından istifadə edilməsinə görə üzr istəyib.

Qeyd edilir ki, polis insanların sıx olduğu Tsim Sha Tsuidə ticarət mərkəzinin dünənki nümayişi qadağan etmişdi. Ancaq şəhərin Pekin tərəfdarı hökumətinə qarşı beş aydır davam edən etirazlar üçün yerli sakinlər dünən də toplaşmışdılar. Dinc başlayan etiraz aksiyası daha sonra bəzi etirazçılarçıların hüquq mühafizəçilərə, Çin banklarına və metro girişlərinə “Molotov” kokteyli atması ilə iğtişaşlara çevrilib. Bundan sonra Honq Konq polisi nümayişçiləri dağıtmaq üçün dəyənəklərdən, plastik güllələrdən, gözyaşardıcı qazdan və boyalı su toplarından istifadə etməyə başlayıb.

Şəhərin ən böyük məscidinin qarşısında da toplaşan az sayda etirazçıya boyalı su ilə püskürüldüyü üçün, ibadət ocağının girişi mavi rəngə boyanıb.

Ke Lam bununla əlaqədar məscidə baş çəkərək bunun qəsdən edilmədiyini bildirərək, üzr istəyib.

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)