Çilidə iğtişaşlar, 3 nəfər yanaraq öldü + Video

Çilidə iğtişaşlar, 3 nəfər yanaraq öldü + Video

20 Oktyabr 2019 16:00
Bəyəndim (0) Bəyənmədim (0)

Çilidə metroda gediş haqqının artırılması kütləvi etirazlara səbəb olub.

Oxumeni.az-ın xarici mətbuata istinadən məlumatına görə, etirazçılar bir neçə metro stansiyasında yanğın törədib, mağazaları qarət edib və ictimai avtobusu yandırıb. Çilinin bir neçə əyalətində komendant saatı elan olunub.

Qarət olunan mağazaların birində baş verən yanğın nəticəsində üç nəfər ölüb. Çili paytaxtının meri Santyaqo Rubiların sözlərinə görə, onların ikisi hadisə yerində, biri isə xəstəxanada həyatını itirib.

Xatırladaq ki, oktyabrın əvvəlində Çili höküməti metroda gediş haqqını 30 Çili pesosu edib (0,042 dollar). Qiymət artımından narazı olan insanlar küçələrə çıxıb. Dinc aksiya böyüyərək polislə toqquşmalara gətirib çıxarıb.

Oxumeni.az