Çeçenistanda iki terrorçu məhv edilib

Çeçenistanda iki terrorçu məhv edilib

22 Aprel 2011 10:43
Bəyəndim (0) Bəyənmədim (0)

Çeçenistanda əməliyyatlar davam edir. Dünən daha iki terrorçu məhv edilib.


Aprelin 21-də Çeçenistanın Kurçaloy rayonu ərazisində 2 silahlı şəxs öldürülüb. Onlardan biri dəstə başçısı və "Əl-Qaidə" təşkilatının üzvüdür.


"RİA Novosti" xəbər agentliyinin verdiyi məlumata görə, Kurçaloy rayonunun Niki-Xita kəndi yaxınlığındakı meşədə operativ-axtarış tədbirləri həyata keçirən milis əməkdaşları bir qrup silahlı şəxslə qarşılaşıblar.


Silahlılar müqavimət göstərib. Cavab atəşi ilə dəstə başçısı, 1969-cu il təvəllüdlü İordaniya vətəndaşı Xalid Yusif Məhəmməd Əl-Əmirat və Qroznı şəhərinin 1986-cı il təvəllüdlü sakini, Sultıqov soyadlı şəxs öldürülüb.


Əməliyyat axtarış tədbirləri davam edir. Hadisə yerinə xüsusi xidmət orqanları cəlb olunub.


Ruslar çeçenləri məhv etməkdə davam edirlər. Bunun üçün bəhanə tapmaq asandır.


Hafiz Əhmədov


O.M.