Bakıda birgünlük körpəni küçəyə atdılar - Video

Bakıda birgünlük körpəni küçəyə atdılar - Video

18 Oktyabr 2019 10:55
Bəyəndim (0) Bəyənmədim (0)

Bakının Lökbatan qəsəbəsində küçədən köməksiz vəziyyətdə birgünlük oğlan uşağı tapılıb.

Oxumeni.az xəbər verir ki, uşaq tapılan zaman qutunun içərisində yorğançaya bükülmüş olub.

Körpə tapılandan sonra xəstəxanaya aparılıb.

Məlumatlara görə, qutu oktyabrın 17-dən 18-nə keçən gecə Lökbatan qəsəbəsindəki polis məntəqəsinin qarşısına atılıb.

Faktla bağlı araşdırma aparılır. Uşağın kim tərəfindən atıldığı məlum deyil.

Oxumeni.az