ABŞ-da neft bazasında yanğın - VİDEO

ABŞ-da neft bazasında yanğın - VİDEO

16 Oktyabr 11:24
48
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Kaliforniya ştatında neft bazasında üç rezervuar alışıb.

Oxumeni.az “MİR 24”ə istinadən məlumatına görə, yanğınla 200 yanğınsöndürən mübarizə aparır. İlkin məlumata görə, alışan rezervuarların içində etanol olub. Yanğının baş vermə səbəbi hələ məlum deyil.

Yaxınlıqdakı evlərin sakinlərinə küçəyə çıxmamaq məsləhət görülüb. Kəskin tüstü evlərə daxil olmasın deyə, insanlardan ventilyator və kondisionerləri işə salmaq, pəncərə və qapıları əvvəlcə bağlayıb sonra isə nəm dəsmalla örtmək xahiş edilib.

Oxumeni.az