Berluskoni 120 il yaşayacağına inanır

Berluskoni 120 il yaşayacağına inanır

22 Aprel 2011 10:35
922
Bəyəndim (0) Bəyənmədim (0)

Adı tez-tez qızlarla qalmaqallarda hallanan İtaliya Baş Naziri Silvio Berluskoni "Faniyəm, amma ən azı 120 yaşa qədər yaşayacağam", - deyib.


75 yaşı olmasına baxmayaraq, Berluskoni özünü çox gənc və dinamik hiss etdiyini söyləyib. Baş nazir həmçinin çox enerjili və həyat dolu bir insan olduğunu deyib.


Silvio Berluskoni ardından, " Baxın, hakimlər belə mənimlə məşğul olmaqdan beziblər. Mən isə onlarla daban-dabana mübarizə aparıram. İtaliyanın bizim kimilərə ehtiyacı var. Bir 50 il daha hər kəsi məşğul edəcəyəm", - deyib.


Maraqlıdır, elə bir Əzrayılla müqaviləsi var...


Hafiz Əhmədov


O.M.