Cəbhə xəttində atəşkəs pozuldu

Cəbhə xəttində atəşkəs pozuldu

6 Mart 2012 10:09
Bəyəndim (0) Bəyənmədim (0)

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan ordusunun bölmələri martın 5-də saat 11.00-dan 11.15-dək Ağdam rayonunun Yusifcanlı kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 18.40-dan 18.50-dək Tərtər rayonunun Göyarx kəndi yaxınlığında yerləşən mövqelərdən, martın 6-da saat 03.20-dən 03.25-dək və 04.20-dən 04.25-dək Ermənistan Respublikasının İcevan rayonunun Berkaber və Azatamut kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı və Cəfərli kəndlərində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub. Düşmən cavab atəşi ilə susdurulub.

O.M.