Pakistanla ABŞ arasında müharibə təhlükəsi yaranıb

Pakistanla ABŞ arasında müharibə təhlükəsi yaranıb

22 Aprel 2011 10:10
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistan televiziyalarının verdiyi məlumata görə, ABŞ-ın pilotsuz təyyarələri ölkənin Əfqanıstan sərhədlərindəki bir kəndə hücum ediblər. Bombardman zamanı 6 nəfərin öldüyü, bir neçə nəfərin isə yaralandığı bildirilib.


Pakistan xüsusi xidmət orqanlarının yaydığı informasiyada hava hücumları zamanı Cənubi Vəziristan bölgəsində bir evin nişan alındığı bildirilib.


Hücumlar zamanı ölənlərin kimliyi hələ açıqlanmasa da, təyyarələrin Taliban qruplaşmasının mərkəzini vurduğu güman edilir.


Qeyd edək ki, ABŞ-ın tez-tez etdiyi bu hücumlar nəticəsində Pakistanla münasibətlər korlanıb və baş nazirlər səviyyəsində görüşlər keçirilib. Buna baxmayaraq, Pentaqon hücumları davam etdirəcəyini bildirib. Ekspertlər belə davam edərsə, Asiyada yeni müharibə ocağının yarana biləcəyini açıqlayıblar.


ABŞ-ın çoxdankı adətidir qorxu ilə ümid arasında saxlamaq...


Elvin Babayev


O.M.