Magistratura imtahanlarına sənəd vermiş 457 bakalavr gəlmədi, 13 nəfər imtahandan qovuldu

Magistratura imtahanlarına sənəd vermiş 457 bakalavr gəlmədi, 13 nəfər imtahandan qovuldu

5 Mart 2012 14:52
Bəyəndim (0) Bəyənmədim (0)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat katibi Elnur Nağızadənin məlumatına görə, TQDK-nın dünən ali məktəblərin magistratura pilləsinin birinci mərhələsinə keçirdiyi qəbul imtahanından 13 nəfər qovulub.

Onun sözlərinə görə, həmin şəxslər imtahan qaydalarını pozduqlarına və köçürdüklərinə görə onlara qarşı belə addım atılıb. İmtahanda iştirak üçün sənəd verən 457 bakalavr isə imtahana gəlməyib.
Qeyd edək ki, magistraturaya qəbul imtahanının birinci mərhələsinə qəbul imtahanı respublikanın 4 şəhərində - Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində keçirilib. İmtahanın nəticələri sabah açıqlanacaq.

O.M.