Sumqayıt yaxınlığında qorxunc hadisə: ölənlər var -  VİDEO

Sumqayıt yaxınlığında qorxunc hadisə: ölənlər var - VİDEO

10 Oktyabr 2019 13:28
Bəyəndim (0) Bəyənmədim (0)

Bu gün Bakı-Quba yolunda Sumqayıt şəhərinin Tağıyev qəsəbəsi yaxınlığından keçən hissəsində dəhşətli yol qəzası baş verib.

Oxumeni.az xəbər verir ki, səhər saatlarında yağıntılı hava şəraitində “VAZ 2107” markalı minik avtomobili yük maşınına çırpılıb. Bundan sonra yol ilə hərəkət edən digər yük maşını qəzaya uğramış yük maşını ilə toqquşub.

Hadisə şahidlərinin bildirdiyinə görə, qəza nəticəsində 3 nəfər həlak olub.

Qəza zamanı minik maşınında olan bir ailənin üç üzvü - 1988-ci təvəllüdlü Allahverdiyev Taleh Qüdrət oğlu, həyat yoldaşı Allahverdiyeva Nazilə və anası 1966-cı il təvəllüdlü Allahverdiyeva Lalə dünyasını dəyişib.

Dəhşətli qəzanı əks etdirən görüntüləri təqdim edirik.

Oxumeni.az