Türklər Barak Obamaya məktub göndəriblər

Türklər Barak Obamaya məktub göndəriblər

22 Aprel 2011 09:50
920
Bəyəndim (0) Bəyənmədim (0)

Amerika türkləri icması prezident Obamaya və "Ağ Ev"-ə məktub göndərərək, ABŞ prezidentini aprelin 24-ü açıqlayacağı bəyanatında soyqırımı sözünü işlətməməyə çağırıb.


Məktublar ABŞ Konqresinin üzvlərinə də göndərilib. Məktubda Amerikada yaşayan türk icmasının üzvləri aprelin 24 -nün erməni soyqırımı günü adlandırılmasına etirazlarını bildiriblər.


Burada deyilir ki, baş vermiş digər faciəli hadisələrdən fərqli olaraq, ermənilərin iddia etdiyi soyqırımı ətrafında qızğın mübahisə yaranıb. Qeyd olunur ki, bu iddialar ABŞ-ın federal məhkəmələri tərəfindən rədd edilib və BMT-nin məhkəmələri tərəfindən heç zaman qəbul edilməyib.


Məktubda göstərilir ki, Osmanlı arxivlərinə əsasən, 1910-1922-ci illər arasında erməni hərbçiləri 523 000 türkü qətlə yetirib.


Türkiyə hökuməti xəbərdarlıq edib ki, hadisələrin rəsmi olaraq soyqırımı kimi tanınması ABŞ-la ikitərəfli münasibətlərə böyük zərər vura bilər.


Soyqırımı onda doğru olardı ki, ermənilərin soyu qırılardı və indi bu qondarma məsələni qaldıracaq bir dənə də erməni tapılmazdı.


Elvin Babayev


O.M.