18 yaşlı qız küçədə huşsuz halda tapıldı

18 yaşlı qız küçədə huşsuz halda tapıldı

8 Oktyabr 2019 14:33
Bəyəndim (0) Bəyənmədim (0)

Beyləqan rayonunda 18 yaşlı qız küçədən huşsuz vəziyyətdə tapılıb.

Oxumeni.az-ın verdiyi xəbərə görə, onu rayonun Kəbirli kənd sakinləri aşkarlayıblar.

Tapılan qızın sözügedən kəndə yad olduğu, onu yerli sakinlərdən heç kimin tanımadığı bildirilir.

Gənc qız Rayon Polis Şöbəsinə təhvil verilib.

***

Huşsuz vəziyyətdə tapılan qızın şəxsiyyəti müəyyən olunub. Onun 2001-ci il təvəllüdlü, Beyləqan rayonu, Yuxarı Aran kənd sakini Quliyeva Aygün Mehman qızı olduğu bəlli olub.

A.Quliyevanın həmçinin qıçında və çanağında sınıqlar aşkar edilib, hazırda komadadır. Buna görə Bakıdan mütəxəssislər dəvət olunub.

Oxumeni.az