ABŞ-da festivalda partlayış: yaralılar var - Video

ABŞ-da festivalda partlayış: yaralılar var - Video

6 Oktyabr 2019 14:37
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Kaliforniya ştatının Hantinqton-Biç şəhərində keçirilən “Oktyabrfest” pivə festivalında partlayış baş verib.

Oxumeni.az xəbər verir ki, festival üçün ayrılmış ərazilərdən birində transformatorun alışması nəticəsində yanğın baş verib.

Yanğınsöndürmə briqadası əraziyə gələn an isə partlayış olub. Yanğına müdaxilə etmək istəyən bir neçə yanğınsöndürən yaralanıb. Ümumilikdə partlayış nəticəsində 4 nəfər xəsarət alıb. Festival iştirakçıları təxliyə edilib.

Oxumeni.az