İnquşetiyada seçki məntəqəsində 42 toy çalınacaq

İnquşetiyada seçki məntəqəsində 42 toy çalınacaq

3 Mart 2012 20:56
862
Bəyəndim (0) Bəyənmədim (0)
Rusiya prezidentini seçməyə gələn bəy-gəlinlərə hədiyyələr veriləcək

Rusiyanın İnquşetiya respublikasının hökumətinə istinadən "Интерфакс-Юг"-un yaydığı məlumata görə, cari ilin 04 mart günü Rusiya prezidentini seçmək üçün seçki məntəqəsinə 42 cüt bəy-gəlin və onları müşayiət edən qonaqlar təşrif buyuracaqlar. Orada onları yerli artistlər, rəqqaslar və müğənnilər pulsuz konsert verməklə qarşılayacaqlar. Bir sözlə, həmin gün bütün toylar eyni məkanda keçiriləcək. Daha sonra məntəqəyə gələnlər bir-bir səs verəcəklər. Məlumatda o da bildirilir ki, təzə cütlüklərə hədiyyə olaraq müxtəlif məişət texnikası veriləcək. Maraqlıdır ki, İnquşetiyada seçki məntəqəsi şadlıq sarayı üslubunda bəzədilib.

Həmişəki kimi, seçki məntəqəsində kiminə toy tutulur, kiminin toyu çalınır...

Murad Şahməmmədov

O.M.