Türkiyəyə uçan təyyarə Ukraynada qəzaya düşdü - 5 ölü - Video

Türkiyəyə uçan təyyarə Ukraynada qəzaya düşdü - 5 ölü - Video

4 Oktyabr 2019 13:18
Bəyəndim (0) Bəyənmədim (0)

Ukraynada “AN-12” tipli təyyarə qəzaya düşüb.

Oxumeni.az-ın “strana.ua” portalına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin infrastruktura naziri Vladislav Krikliy məlumat yayıb.

Onun sözlərinə görə, təyyarə Lvov şəhəri yaxınlığındakı Sokolnik qəbristanlığına düşüb.

Təyyarənin göyərtəsində 8 nəfər olub. Hadisə nəticəsində 5 nəfər həlak olub.

Qeyd olunur ki, “AN-12” ​İspaniyanın viqo şəhərindən Ukrayna istiqamətində Türkiyənin İstanbul şəhərinə uçurmuş və Lvovda hava limanında yanacaq doldurmalı imiş.



Oxumeni.az